Türkiyədə – Nevşehirin Avanos rayonunda 3 avtomobilin iştirakı ilə baş verən qəzada 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bildirilir ki, hadisə Kırşehir-Kayseri avtomobil yolunun Topaklı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, idarə etmədən çıxan avtomobil əvvəlcə aşıb, daha sonra bir iş yerinin divarına çırpılıb.