İstanbulda İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib, 7 nəfər saxlanılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, onlar terror təşkilatının Suriyadakı düşərgəsinə göndərmək üçün pul yığmaqda şübhəli bilinir.
Belə ki, araşdırmalar nəticəsində onlar “WhatsApp”da “Allah yolunda” adlı qrup açıb.