Türkiyənin İzmir şəhərində güclü leysan daşqınlara səbəb olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, Konak, Balçova və Narlıdere rayonlarında bəzi yolları su basıb.
Sürücülər çətin anlar yaşayıb, bəzi nəqliyyat vasitələri suyun içində qalıb.
Güclü yağış səbəbindən şəhər nəqliyyatında fasilələr yaranıb.
Bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşib.