Türkiyənin Bursa şəhərində liseydə zəhərlənmə olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, 21 şagird qidadan zəhərlənib.
Şagirdlər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin məktəbin bufetində satılan qidadan baş verdiyi bildirilib.
Zəhərlənmə faktları ilə bağlı araşdırmalara başlanılıb.