Türkiyədə narkotik əməliyyatı: 16 nəfər həbs edildibackend

Türkiyədə narkotik əməliyyatı: 16 nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burdurda keçirilən əməliyyat zamanı 16 şübhəli narkotik alveri səbəbiylə saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Burdur Respublika Baş Prokurorluğunun koordinasiyasında İl Jandarma Komandirliyinə bağlı qruplar şəhər mərkəzində narkotik tacirlərinin tutulması üçün işlərə başlayıb.

İstintaq çərçivəsində 94 şübhəli müəyyən edilib.

Müəyyən ünvanlarda təşkil edilən əməliyyatda 16 şübhəli narkotik alveri ittihamı ilə saxlanılıb. İstifadəçi olduğu müəyyən edilən və barələrində tədbir görülən 78 nəfər sərbəst buraxılıb.

Jandarmada saxlanılan şübhəlilərin ifadələri və əməliyyatları davam edir.