Türkiyədə ötən ay zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mart ayında Daxili İşlər Nazirliyi 4 yüksək rütbəli terrorçu da daxil olmaqla 80 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Daxili təhlükəsizlik əməliyyatları çərçivəsində mart ayında 1-i iri, 30-u orta olmaqla, ümumilikdə 10.802 əməliyyat həyata keçirilib.
Əməliyyatlarda 80 terrorçu zərərsizləşdirilib.