Yunanıstana qaçmağa cəhd edən PKK terror təşkilatı şübhəlisi Türkiyənin Ədirnə şəhərində saxlanılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Ölkənin hüquq-mühafizə orqanları 1-ci dərəcəli hərbi qadağa zonasında keçirdikləri əməliyyat zamanı qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan terror təşkilatı PKK şübhəlisi İ.A-nı yaxalayıb.