Türkiyədə polisləri daşıyan avtomobilə qarşı terror törətməyə cəhd edənlər saxlanılıb
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, hadisə Diyarbəkirdə qeydə alınıb.
Diyarbəkir-Mardin yolunda çevik polis alayını daşıyan maşına bomba yüklü avtomobillə hücum təşkil edilib.
Hücumda 8-i polis, 1-i mülki şəxs olmaqla, ümumilikdə 9 nəfər yaralanıb.
Hadisə ilə bağlı 5 şübhəli saxlanılıb.