Türkiyədə Prezidentliyə namizədlərin imzatoplama prosesi bu gün başa çatırbackend

Türkiyədə Prezidentliyə namizədlərin imzatoplama prosesi bu gün başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Prezidentliyə namizədlərin imzatoplama prosesi bu gün başa çatır.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğanın, CHP sədri Kamal Kılıçdaroğlunun, Vətən Partiyasının sədri Məhərrəm İncənin və Ata Alyansının namizədi Sinan Oğanın prezidentliyə namizədliyinə qeydə alınır

Namizədlərin siyahısı sabah, yekun namizəd siyahısı isə martın 31-də açıqlanacaq.

81 il və xaricdə 195 min seçki qutusu qurulacaq.

64 milyondan çox seçici səs verə biləcək.

Türkiyədə mayın 14-də prezident və millət vəkilləri seçkiləri keçiriləcək.

Yüksək Seçki Şurası (YSK) iki namizədin namizədliyini qəbul etdiyini açıqlayıb.

Bu gün 100 min imza üçün son gündür.

Seçicilər tərəfindən irəli sürüləcək prezidentliyə namizədlər üçün 100 min imzanın toplanması prosesi bu gün saat 20:00-da başa çatacaq.

Vətən Partiyası Ümumi Başçısı Məhərrəm İncə və Ata Birliyinin prezidentliyə namizədi Sinan Oğan 100 min imzaya çatıb.

Bununla da prezident seçkilərində mübarizə aparacaq namizədlərin sayı 4-ə yüksəlib.

Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də açıqlanacaq.

Martın 28-dək prezident seçkilərində iştirak edəcək namizədlərin müvəqqəti siyahısı paylaşılacaq. Sonra apellyasiya prosesi başlayacaq. Müraciətlərə martın 30-da yekun vurulacaq.

Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də Rəsmi Qəzetdə dərc olunacaq. Aprelin 1-də YSK-da namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma keçiriləcək.