Türkiyədə seçki həyəcanı yaşayan seçici infarkt keçirərək ölübbackend

Türkiyədə seçki həyəcanı yaşayan seçici infarkt keçirərək ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə seçkilərin nəticəsini həyəcanla gözləyən seçici infarkt keçirərək ölüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bildirilib ki, hadisə Balıkəsirdə Edremit rayonunda qeydə alınıb.

Belə ki, Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsini qeyd edən seçici 67 yaşlı Əli Akkaya infarkt keçirərək dünyasını dəyişib.

Hadisə baş verən kimi təcili yardım tərəfindən həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Amma həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirir.