Türkiyədə yol qəzası: 2 ölü, 4 yaralıbackend

Türkiyədə yol qəzası: 2 ölü, 4 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda mikroavtobus ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə yerinə təcili yardım maşınları, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.

Qəzada xəsarət alan 6 nəfər xəstəxanalara aparılıb.

Ağır yaralanan şəxslərdən ikisi dünyasını dəyişib.