Türkiyənin 45 vilayəti və 110 rayonu zəlzələ riski altındadır.
İnterpress.az xəbər verir ki, 6,1 maqnitudalı Sındırgı (Balıkesir) zəlzələsindən sonra Türkiyədə müxtəlif bölgələrin seysmik təhlükə dərəcəsinə maraq artıb.
MTA və AFAD məlumatları əsasında yenilənmiş Türkiyənin aktiv qırılma xəritəsi ictimaiyyətə təqdim edilib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
MTA-nın son göstəricilərinə görə, ölkədə 45 vilayət və 110 rayondan keçən ümumilikdə 485 aktiv qırılma xətti mövcuddur.
Ən təhlükəli bölgələr üç böyük qırılma sistemi boyunca yerləşir:
-
Şimali Anadolu qırılması (KAF)
-
Şərqi Anadolu qırılması (DAF)
-
Qərbi Anadolu qırılma sistemi (BAF)
Qırılma xətlərinin keçdiyi bölgələrə nümunələr:
-
Marmara bölgəsi: Bursa, Yalova, Kocaeli, Sakarya, Düzce
-
Qərbi Anadolu: İzmir, Aydın, Muğla, Denizli
-
Şərq və Cənub-Şərq: Hatay, Kahramanmaraş, Elazığ, Bingöl
Xüsusilə Marmara, Egey, Mərkəzi Anadolu, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində qırılma xətlərinin yüksək sıxlığı qeydə alınıb.
Xuraman Etibarlı
İnterpress.az