Türkiyənin ən reytinqli serialının aktyorları Bakıya gəlirbackend

Türkiyənin ən reytinqli serialının aktyorları Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ən reytinqli seriallarından olan “Eşkiya Dünyaya Hükümdar Olamaz”ın İlyası, Ozan Akbaba yeni filmi ”Anka”nın təqdimatı üçün paytaxtımızın qonağı olacaq.

İnterpress.az xəbər verir ki, məhşur türk aktyoru Ozan Akbaba və digər sevilıən aktyorların iştirakı ilə fevral ayının 3-ü ”Flame Towers”-da unudulmaz qala gecəsi baş tutacaq.

“MGX film” şirkətinin təqdim etdiyi “Anka” ekran əsərinin prodüseri Müşfiq Quluzadədir.

Möhtəşəm qala gecəsində iştirak etmək üçün biletləri ”Park Cinema” kinoteatrlar şəbəkəsinin kassalarından və ”İ-ticket.az” saytıdan əldə edə bilərsiniz.

Xatırladaq ki, ”Anka” filmini Fevral ayının 3-dən etibarən şəhərimizin bütün kinoteatrlarda izləyə biləcəksiniz.