Türkiyənin ən zəngin aktyoru kimdir?backend

Türkiyənin ən zəngin aktyoru kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur ulduzların taleyini müəyyən edən “Celebsrevealed.com” internet saytı türk ulduzları ilə bağlı araşdırma aparıb.

Aktyorların rol aldığı layihələr, bağladıqları reklam müqavilələri və iştirak etdikləri layihələrin xaricə satışından əldə etdikləri paylardan orta rəqəm hesablanıb.

Araşdırma nəticələrinə görə, ilk beşlikdə 6 milyon dollarla Serenay Sarıkaya, 8 milyon dollar sərvəti ilə Hande Erçel, 10 milyon dollarla Can Yaman və Məryəm Uzerli kimi oyunçular qərarlaşıb.

Saytın məlumatına görə, Türkiyənin ən zəngin aktyoru isə Kıvanç Tatlıtuğdur. Tatlıtuğun sərvəti 15 milyon dollardır.

Mənbə: Haber Global