Özbəkistan çətin anda İsrailin köməyinə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb
Özbəkistan hazırda İsraillə iqtisadi əməkdaşlığı sürətlə inkişaf etdirir, o cümlədən Türkiyənin tətbiq etdiyi iqtisadi boykotdan əziyyət çəkən boşluqları doldurur. Qeyd olunur ki, bu, əsasən mis idxalına aiddir.
2025-ci ilin birinci yarısında Özbəkistandan mis idxalı təxminən iki dəfə artaraq 7 milyon dollar təşkil edib. Eyni zamanda, bütün əvvəlki il üçün bu metal 8 milyon dollara tədarük edilib.
Proqnoza görə, ilin sonunadək tədarükün həcmi rekord həddə – 20 milyon dollara çatacaq.
“Aşra” xarici ticarət risklərinin sığortası üzrə dövlət şirkətinin marketinq meneceri Aleks Averbux özbək tərəfdaşlarının hərəkətləriniq “xilaskar” adlandırıb.
“İllər ərzində İsrail əmin idi ki, Türkiyə münasib qiymətlərə və rahat nəqliyyat əlçatanlığına malik yeganə mümkün təchizatçıdır. Heç kim bütün bunların bir gecədə çökəcəyini düşünmürdü.
Özbəkistanın tez bir zamanda alternativ təklif edə bilməsi və logistikanı qura bilməsi çox müsbət haldır”, – o qeyd edib.
İstehsalçılar Assosiasiyasının prezidenti Ron Tomer Ynet-ə deyib ki, “Özbəkistan və onun Mərkəzi Asiyadakı qonşuları İsrail üçün təbii ticarət tərəfdaşlarına çevrilirlər”.
Onun sözlərinə görə, “resurslarla zəngin, əməkdaşlığa açıq və innovasiya və texnologiyaya ac olan” bu ölkələr İsrail üçün mühüm tərəfdaşlara çevrilirlər.
Xuraman Etibarlı
İnterpress.az