Məlum oldu ki, S-400-ləri aldığı üçün Türkiyəyə sanksiya tətbiq edən ABŞ Rusiyanın ikinci ən böyük gizli silah müştərisidir… Siyahıda 5 NATO ölkəsi də var.
Son məlumatlar göstərir ki, ABŞ Rusiyanın gizli silahların ikinci ən böyük müştərisidir. Gizli ixrac anlayışına silah, sursat, hərbi və ya mülki təyyarələr və helikopterlər, həmçinin bəzi nüvə materiallarının tədarükü daxildir.Türküstan.az xəbər verir ki, Rusiya Federal Gömrük İdarəsinin rəsmi hesabatına görə, bu ilin ilk 8 ayında Rusiyadan ən çox silah alan ölkə Əlcəzair olub. 1 milyard dollar dəyərində Rusiyadan müdafiə materialları alıb. Təəccüblüdür ki, ABŞ ikinci yerdədir. Lakin hesabatda onun nə qədər xərclədiyi və hansı məhsulları aldığı gizli saxlanılıb.
Rusiyalı hərbi ekspertlər isə ABŞ-ın ən çox raket mühərrikləri, Kalaşnikov avtomatları və tank əleyhinə silahları Rusiyadan aldığını bildirirlər. ABŞ həmçinin hər il milyonlarla Rusiya istehsalı güllə idxal edir.
Təəccüblü məlumatlar bununla da məhdudlaşmır. Rusiyadan ən çox məxfi silah ixrac edən ölkələr arasında daha 5 NATO ölkəsi var. Bunlar Çexiya, Almaniya, Estoniya, İngiltərə və Hollandiya…
Məlumata görə, Türkiyə son 8 ayda Rusiyadan yeni silah almayıb.
ABŞ Türkiyəni Rusiyadan S-400 alması səbəbindən NATO müttəfiqliyinin ruhunu sarsıtmaqda və Birləşmiş Ştatların milli maraqlarını təhlükə altına almaqda ittiham edir. Bu səbəblərdən CAATSA sanksiyaları tətbiq edilib və Türkiyə istehsalçı tərəfdaşı olduğu F-35 proqramından kənarlaşdırılıb.
ABŞ-ın bu münasibətinə baxmayaraq, Rusiyadan silah alması “Türkiyə sanksiya olanda, ABŞ sanksiyaya məruz qalanda azaddır” şərhinə səbəb olub.