Uill Smit Amerikanı tərk etdibackend

Uill Smit Amerikanı tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oskar” mükafatlandırma mərasimində yaşanan qalmaqaldan sonra Hollivud ulduzu Uill Smit Amerikanı tərk edib.

 

İnterpress.az xəbər verir ki, aktyor hadisədən sonra ilk dəfə Hindistanın Mumbay şəhərindəki hava limanında görüntülənib. Şəhərə özəl təyyarəsi ilə uçan aktyorun hansı səbəbdən Hindistanda olduğu isə hələlik məlum deyil.

Pərəstişkarlarıyla fotolar çəkdirən Smitin son insidentdən sonra yaxşı əhval ruhiyyədə olması diqqət çəkib.

Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olmuşdu. Aktyor daha sonra hərəkətinə görə üzr istəmişdi.

Buna baxmayaraq bir çox şirkət onunla əməkdaşlığı dayandırıb. Amerika kinoakademiyası isə Smiti 10 il müddətində “Oskar” mükafatlarından və təqdimat mərasimlərindən uzaqlaşdırıb.(axsam.az)