Ukrayna Çasov Yar şəhərinin zəbt olunmasını TƏKZİB ETDİbackend

Ukrayna Çasov Yar şəhərinin zəbt olunmasını TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya “DXR”-də Çasov Yar şəhərinin tutulduğunu elan edib, Ukrayna isə bunu inkar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun sözçüsü AFP-yə bildirib.

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk vilayətinin Çasov Yar qəsəbəsini nəzarətə götürdüyünü bildirib.

Bir neçə aydır ki, Rusiya Çasov Yar üzərində nəzarəti bərqərar etməyə çalışır.

Şəhər yaxşı möhkəmləndirilmiş məntəqə və mühüm logistika mərkəzi hesab olunur.

Ukrayna ordusu Çasov Yarın tutulması ilə bağlı məlumatı təkzib edib.

Ukrayna ordusunun sözçüsü bildirib ki, Moskvanın hesabatı “əlbəttə ki, reallığa uyğun gəlmir və tam yalandır”.

Xuraman Etibarlı

İnterpress.az