Ukrayna G7 sammitində iştirak edəcək.
Bu barədə İnterpress.az yerli mediyaaya istinadən xəbər verir.
Bildirilib ki, Ukrayna lideri Yaponiyanın bu ay planlaşdırdığı G7 dövlət başçısının onlayn Liderlər Sammitində iştirak edə bilər.
Dövlət başçısı Yaponiya Rusiya-Ukrayna böhranının birinci ildönümündə fevralın 24-də G7 liderləri ilə onlayn görüşməyə hazırlaşır.
Yaponiya milli mətbuatı Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə iştirak etməyə hazır olduğunu yazıb.
Sammitdə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı qətiyyət və həmrəylik mesajlarının verilməsi hədəflənir.
ABŞ, Almaniya, Avropa İttifaqı (Aİ), Fransa, İngiltərə, İtaliya və Kanada liderlərinin qatılacağı sammitdə Ukrayna ilə bağlı əməkdaşlıq gücləndiriləcək, enerji bazarlarının sabitliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.