Avropa Birliyinin (Aİ) Ukraynaya tətbiq etdiyi taxıl embarqosunu ləğv etmək qərarına əməl etmədiyi üçün Kiyev administrasiyası tərəfindən tənqid edilən Polşa, bu reaksiyalara cavab olaraq, Ukraynaya əlavə silah göndərməyəcəyini bir müddət əvvəl açıqlamışdı.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Müharibənin ilk günündən qonşusu Ukraynanı Rusiyaya qarşı müdafiə edən və dəstəkləyən Varşava ilə Kiyev arasında işlər qırılma nöqtəsinə çatıb.
Polşa 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevin əsas müttəfiqi və əsas silah təchizatçılarından biri olub. O, həmçinin müxtəlif dövlət yardımları ilə dəstəklənən 2 milyona yaxın ukraynalı qaçqını qəbul edir.
Lakin son günlər Ukrayna taxılına görə mübahisələrin artması səbəbindən münasibətlər pisləşib.
Polşanın baş naziri Mateusz Morawiecki sentyabrın 20-də verdiyi açıqlamada ölkəsinin öz müdafiəsini prioritetləşdirməyə qərar verdiyini və Ukraynaya silah göndərilməsinin dayandırılacağını bildirib.