Ukrayna Prezidenti Volodimir Zelenski NATO üzvü olan ölkələri Kiyevə təyyarə göndərməyə çağırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumdur ki, Ukrayna Hərbi Hava Qüvvələri MiQ-29-larla tanışdır. 1989-cu ildən bu döyüş təyyarələrindən istifadə edən Polşada hələ də 28 MiQ-29 var.
Tədricən MiQ-29 donanmasını ABŞ istehsalı F-16 və Cənubi Koreya istehsalı FA-50 çoxməqsədli reaktiv təyyarələrlə əvəz edən Polşa, ABŞ istehsalı olan F-35 döyüş təyyarələri də alır.
Rusiya ilə müharibənin ikinci ilində Ukrayna hava hücumundan müdafiəni gücləndirmək üçün Qərb ölkələrindən döyüş təyyarələri tələb edir.