Ukrayna ordusu geri çəkilməyəcək – Zelenski danışıqlar şərtini AÇIQLADIbackend

Ukrayna ordusu geri çəkilməyəcək – Zelenski danışıqlar şərtini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna yalnız cəbhə xətti boyunca atəşkəsə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Zelenski deyib ki, Kiyev yalnız hazırkı mövqelər – ordunun dayanmış olduğu cəbhə xətti üzrə atəşkəsə razıdır.

O vurğulayıb ki, Ukrayna qüvvələri heç bir ərazidən geri çəkilməyəcək.

Zelenski həmçinin Avropa liderləri ilə birgə bəyanatda münaqişənin mövcud təmas xətti üzrə dayandırılmasına çağırıb.

Rusiya tərəfi isə danışıqlar prosesində irəliləyiş olmadığını açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az