Ukrayna-Rusiya müharibəsində 3 kolumbiyalı həlak olubbackend

Ukrayna-Rusiya müharibəsində 3 kolumbiyalı həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya Ukrayna-Rusiya müharibəsində üç vətəndaşının öldüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kolumbiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Biz 49 saylı Piyada Batalyonu olan Karpat Siçində olan 3 Kolumbiya vətəndaşının öldüyünü təəssüflə bildiririk”.

Martın 30-da Donetsk vilayətinin Kramatorsk şəhərinin Ternı meydanında törədilən bombalı hücumda kolumbiyalıların həyatını itirdiyini vurğulayan Nazirlik, cəsədlərin aprelin 15-də dağıntılar səbəbindən tapıldığını açıqlayıb.

Açıqlamada kolumbiyalıların cəsədlərinin ölkəyə gətirilməsi üçün Ukrayna hakimiyyəti və Kolumbiyanın Polşadakı səfirliyi ilə əlaqə saxladığı qeyd edilib.

Kolumbiya hakimiyyəti yanvarın 26-da verdiyi açıqlamada Ukrayna-Rusiya müharibəsində 2 vətəndaşının həlak olduğunu da bildirib.