Ukraynada daha bir kütləvi məzarlıq tapıldıbackend

Ukraynada daha bir kütləvi məzarlıq tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Buça Rayon Prokurorluğundan verilən açıqlamada Myrotske qəsəbəsində 7 mülki vətəndaşın cansız cəsədinin tapıldığı bildirilib.

İnterpress.az xəbər verir ki, açıqlamada 7 mülki şəxsin güllələndiyi, əllərinin arxadan bağlandığı bildirilib. Ukrayna Milli Polisinin rəisi İqor Klimenko Kiyev vilayətində 1500-dən çox dinc sakinin həyatını itirdiyini və bu ölümlərin Rusiya ordusunun düşünülmüş qərarı ilə baş verdiyini bildirib.

Kütləvi məzarlarla bağlı araşdırmaların ayrı-ayrılıqda aparıldığını deyən Klimenko, hazırda dəqiq rəqəm söyləməyin mümkün olmadığını bildirib.