Ukraynada döyüşlərin tezliklə bitməsi ehtimalı yüksəkdir – Donald Tuskbackend

Ukraynada döyüşlərin tezliklə bitməsi ehtimalı yüksəkdir – Donald Tusk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı döyüşlərin yaxın gələcəkdə bitməsi ehtimalı yüksəkdir.

İnterpress.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

Eyni zamanda o vurğulayıb ki, Polşa hələ də özünü müdafiə etməyə hazır olmalıdır.

“Rusiya-Ukrayna müharibəsi ən azı yaxın gələcəkdə dayandırıla bilər. Lakin bu, bizim vəziyyətimizi heç bir şəkildə dəyişdirə bilməz.

Rusiya-Ukrayna cəbhəsində vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, Polşa özünümüdafiəyə hazır olmalıdır”, – Tusk bildirib.

Xuraman Etibarlı

İnterpress.az