Özbəklər Ukraynada əcnəbi əsirlərin ən böyük qrupu olub.
İnterpress.az xəbər verir ki, belə məlumatları məhbuslar və fərarilər haqqında məlumat toplayan Ukraynanın “Mən yaşamaq istəyirəm” dövlət layihəsi dərc edib.
Məlumata görə, Özbəkistan hərbi əməliyyatlar zamanı Ukrayna əsirliyində qalan xarici vətəndaşların sayına görə birinci yerdədir.
Layihəyə əsasən, 2025-ci ilin əvvəlindən 902 Özbəkistan vətəndaşı müharibəyə cəlb olunub.
Onların əksəriyyətinin Rusiya Federasiyasında yerləşən əmək miqrantları olduğu qeyd edilir.
Onları yüksək əmək haqqı vədləri, tikinti sahələrində və ya arxa hissələrdə işləmək, habelə Rusiya vətəndaşlığını almaq perspektivi cəlb edir.
Xuraman Etibarlı
İnterpress.az