Ukraynadakı müharibə dünyanın yoxsul bölgələrində qida qıtlığına səbəb olubbackend

Ukraynadakı müharibə dünyanın yoxsul bölgələrində qida qıtlığına səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə dünyanın yoxsul bölgələrində qida qıtlığına səbəb olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyanat yayıb.

“BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP), Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Uşaq Fondunun (UNICEF) təqdim etdiyi regional ərzaq təhlükəsizliyi təhlilinə əsasən, təhlükəsiz və qidalı qidaya müntəzəm çıxışı olmayan insanların avqust ayında 48 milyona çatacağı təxmin edilir”.

Mali və Burkina Faso kimi ölkələrdə təhlükəsizlik problemlərinin yarı quraq Sahel bölgəsini çox ciddi şəkildə təsir etdiyi bildirilib və bu vəziyyətin 2,5 milyon insanın didərgin düşməsinə və minlərlə insanın ölümünə səbəb olacağı xəbərdarlığı edilib.

BMT-nin agentlikləri qeyd edib ki, yaxın gələcəkdə Sahel bölgəsində 45 min insanın aclıq səviyyəsində aclıqla üzləşəcəyi proqnozlaşdırılır.

Ərzaq çatışmazlığı bu il 5 yaşa qədər təxminən 16,5 milyon uşağın kəskin qida çatışmazlığı ilə üzləşəcəyi anlamına gələcək.

Ümumdünya Ərzaq Proqramının Fövqəladə Hallara Hazırlıq və Cavab Məsləhətçisi Alexandre Lecuziat Dakarda digər yardım təşkilatları ilə birgə mətbuat konfransında təhlükəsizlik problemi səbəbindən bəzi bölgələrdə ərzaq tədarükü yollarının tamamilə bağlandığını bildirib.

Lecuziat yardımın çatdırılmalı olduğu bölgələr üçün vertolyotların icarəyə götürüldüyünü və bunun da mövcud vəsaitin azaldığını bildirib.

FAO-nun Qərbi Afrika Alt Regional Koordinatoru Robert Quei qida problemini həll etmək üçün regionda kənd təsərrüfatı istehsalının artırılmasına diqqət çəkib.