Ukraynaya verilən Leopardların təmiri üçün Polşada “təmir mərkəzi” yaradılacaqbackend

Ukraynaya verilən Leopardların təmiri üçün Polşada “təmir mərkəzi” yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya verilən Leopardların təmiri üçün Polşada “təmir mərkəzi” yaradılacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Polşa, Almaniya və Ukrayna arasında Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi müharibədən yorulmuş Leopard tanklarının təmiri üçün Polşada “təmir mərkəzi”nin yaradılması haqqında müqavilə imzalanıb.

Belə ki, Ukrayna müdafiə naziri Oleksii Reznikov və ABŞ müdafiə naziri Lloyd Ostinin Ukraynanın ehtiyacları ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar.

ABŞ və İngiltərədən sonra Ukraynaya ən çox dəstək verən ölkənin Almaniya olduğu bildirilib.

Ukraynaya dəstək davam etdiriləcək və sabahdan etibarən 100 Ukrayna əsgərinə “Leopard 1A5” tipli tanklarda təlim keçiriəcək.

Bu ilin ortalarında Ukraynaya 80 ədəd “Leopard 1” tipli tank gətiriləcək.