UNICEF: Qəzzada vəziyyət ağırdır, biz təcili humanitar atəşkəs tələb edirikbackend

UNICEF: Qəzzada vəziyyət ağırdır, biz təcili humanitar atəşkəs tələb edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəzzada vəziyyət dəhşətlidir, təcili humanitar atəşkəs tələb edirik”.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Russel deyib.

UNICEF-in icraçı direktoru Russel deyib ki, hər hansı bir uşağın öldürülməsi və ya əsir götürülməsi biabırçılıqdır. Buna son qoyulmalıdır.

İsrailin blokadada olan Qəzza zolağına intensiv hücumları səbəbiylə bölgədə sabit, mobil telefon və internet rabitə xidmətləri tamamilə kəsilib.

İsrail ordusu hava hücumlarını artırdığını və quru əməliyyatlarını genişləndirəcəyini açıqlayıb.

Minlərlə yaralı və mülki vətəndaşın olduğu Qəzzanın ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanası da İsrail ordusunun hədəfində olub.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.

Qəzzadan həyata keçirilən hücumlarda 310-u əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.

Fələstin Səhiyyə Nazirliyi Qəzzada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayının 3 min 195-i uşaq, 1863-ü qadın olmaqla 7 min 703-ə yüksəldiyini, 19 min 743 nəfərin isə yaralandığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 111 fələstinlinin öldüyü, 1900-dən çox insanın isə yaralandığı bildirilib.

Əksəriyyəti İsrailin bombardmanları nəticəsində münaqişə bölgələrində 25 jurnalist həyatını itirib.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 46 Hizbullah, 6 İslami Cihad Hərəkatı, 3 HƏMAS, 2 Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadası, 4 nəfər ölüb. biri jurnalist olan mülki vətəndaşlar həyatını itirib.

Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.