UNICEF: Sudanda münaqişə başlayandan bəri 190 uşaq öldürülübbackend

UNICEF: Sudanda münaqişə başlayandan bəri 190 uşaq öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UNICEF-in icraçı direktoru Ketrin Rassel Sudanda münaqişə başlayandan bəri 190 uşağın öldüyünü, 1700-nün yaralandığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Catherine Russell hər münaqişədə olduğu kimi, uşaqların da ən çox təsirlənənlər arasında olduğunu və onların qorunması üçün hər cür səy göstərilməli olduğunu bildirib.

Bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və uşaqların təhlükəsizliyini təmin etməyə çağıran Russell deyib: “Sudanda vəziyyət ağırdır və uşaqlar bunun bədəlini həyatları ilə ödəyir. Münaqişə uşaqlar üçün dayandırılmalıdır”.

Rassel vurğulayıb ki, tərəflər tibb müəssisələrinə, məktəblərə, su və kanalizasiya obyektlərinə və digər infrastrukturlara hücumları dayandırmalıdır.

UNİCEF-in Sudandakı təsisatlarının zədələndiyini və resurslarının talan edildiyini qeyd edən Rassel, bu vəziyyətin yardım səylərinə ciddi mənfi təsir göstərdiyini qeyd edib.

“UNICEF həmçinin Sudanda uşaqların sülh içində böyüməsi və gələcəyə ümidlə baxması üçün böhranın uzunmüddətli siyasi həllinə çağırır”, – Rassel bildirib.

Qeyd edək ki, Sudanda ordu ilə polis arasında aprelin 15-də başlayan qarşıdurmalarda həyatını itirənlərin sayı 550-yə, yaralı sayı isə 4926-ya çatıb.