Uqandada torpaq sürüşməsi nəticəsində 5 nəfər ölübbackend

Uqandada torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandada gecə saatlarında baş verən sürüşmədə ilk təsbitlərə görə 5 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Uqanda Qızıl Xaç Cəmiyyətindən verilən yazılı açıqlamada ölkənin şərqindəki Bulambuli bölgəsində torpaq sürüşməsinin baş verdiyi bildirilib.

Açıqlamada gecə saatlarında baş verən hadisədə ilkin təsbitlərə görə 5 nəfərin öldüyü, yuxuda yaxalananlardan 7-ni xilas etmək mümkün olmadığı qeyd edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə rayon sakinlərinin öz gücləri ilə yerin altında qalanları xilas etməyə çalışdıqları görülüb.

Yerin altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.