ÜST: Qəzza ilə hələ də əlaqəmiz yoxdurbackend

ÜST: Qəzza ilə hələ də əlaqəmiz yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus, İsrailin intensiv hücumlarının davam etdiyi Qəzzada öz personalı və səhiyyə müəssisələri ilə hələ də əlaqə saxlaya bilmədiklərini və işçilərinin təhlükəsizliyindən narahat olduqlarını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus İsrailin intensiv hücumlarına məruz qalan Qəzza ilə bağlı açıqlama verib.

Qəzzanın sıx bombardmana məruz qalması xəbərinin son dərəcə üzücü olduğunu izah edən Qebreyesus deyib: “Belə olan halda xəstələrin təxliyyə edilməsi və ya təhlükəsiz sığınacaq tapması mümkün görünmür. Elektrik kəsilməsi təcili yardım maşınlarının bölgəyə çatmasını qeyri-mümkün edir. Bizim personal və səhiyyə müəssisələri ilə hələ də əlaqəmiz yoxdur və onların təhlükəsizliyindən narahatıq”.

Qebreyesus tərəflər arasında atəşkəsə təzyiq etmək gücündə olan hər kəsi dərhal hərəkətə keçməyə çağırıb.