Usta işləyən iki nəfərdən biri digərini qətlə yetiribbackend

Usta işləyən iki nəfərdən biri digərini qətlə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşu Gürcüstanın Xelvaçauri bələdiyyəsində qarşılıqlı mübahisə zəmnində qətl hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə zamanı 40 yaşlı kişi öz dostuna küt alətlə zərbələr endirib. Baş nahiyəsindən çoxsaylı zərbələr alan şəxs isə hadisə yerində dünyasını dəyişib.

Məlumata əsasən, hər iki dost evlərdən birində usta kimi təmir-bərpa işləri aparırlarmış və aralarında yaranan mübahisə zamanı dostlardan biri digərinin baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib, nəticədə o, hadisə yerində həyatını itirib. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb.