Üsyançılar Mərkəzi Afrika Respublikasında 8 tələbəni qaçırıblarbackend

Üsyançılar Mərkəzi Afrika Respublikasında 8 tələbəni qaçırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Afrika Respublikasının (CAR) Haut-Mbomou bölgəsində 8 tələbə üsyançılar tərəfindən qaçırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Mətbuatda yer alan xəbərlərə görə, CAR Sülh Birliyi (UPC) adlı üsyançı qruplaşma üzvləri Haut-Mbomounun Zemio rayonunda 8 tələbəni qaçırıblar.

UPC üzvləri hər tələbənin ailələrindən 100 min CFA frank (təxminən 4 min 500 TL) fidyə tələb ediblər.

20-dən çox silahlı dəstənin fəaliyyət göstərdiyi CAR-da ordu bu qruplaşmalara qarşı əməliyyatlar aparır.

Ölkədəki üsyançı qrup üzvləri tez-tez insanları qaçırır və fidyə tələb edirlər.