“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” – Partiya sədrindən maraqlı İDDİAbackend

“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” – Partiya sədrindən maraqlı İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peyvənd əleyhinə açıqlamaları ilə tez-tez gündəmə gələn Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın yeni açıqlaması müzakirə obyekti olub.partiya rəhbəri bu dəfə vaksinlərin əks təsirindən söz açaraq qeyri-adi iddialar irəli sürüb. Belə ki, Ərbakan RNA texnologiyasına əsaslanan peyvəndləri vurduranların yarı insan, yarı meymun uşaqlar dünyaya gətirə biləcəyini deyib: “Bu vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb ola bilər”.

Vaksin vurdurmadığını və vurdurmaq fikri olmadığını deyən F.Erbakan Kayseridəki mətbuat konfransında yerli peyvənddən də söz açıb. O, son çarə olaraq TURKOVAC-a üstünlük verə biləcəyini qeyd edib.

“Əslində vaksin vurdurmağa ehtiyac olmadığını düşünürəm. Mənə görə, ümumiyyətlə, peyvənd vurdurmamaq yaxşıdır və bu, mənim şəxsi seçimimdir. Amma məcbur qalsam, təbii ki, dövlətin qaydalarına qarşı gələ bilmərəm. Ona görə də vaksinlər arasında TURKOVAC-ın daha uyğun olduğunu fikirləşirəm”, – deyə siyasətçi əlavə edib./Sfera.az