Valideynləri kilsəyə getdi: uşaq 3 saat maşında qalaraq öldübackend

Valideynləri kilsəyə getdi: uşaq 3 saat maşında qalaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında ailəsi kilsədə ayində iştirak edərkən 3 saat maşında qalan 11 aylıq körpə həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ştatın Palm Bay şəhər polisinə bazar günü günorta saatlarında kilsənin qarşısında park edilmiş avtomobildə körpə meyitinin tapıldığı barədə məlumat daxil olub.

Xəstəxanaya aparılan körpənin dünyasını dəyişdiyi açıqlanıb.

3 saat nəqliyyat vasitəsində qalan 11 aylıq körpənin ailəsinin kilsəyə rəhbərlik etdiyi bildirilib.

Havanın temperaturunun təxminən 30 dərəcə olduğu Palm Bayda nəqliyyat vasitəsinin içərisindəki temperaturun 46 dərəcəyə yüksəlmiş ola biləcəyi ehtimal olunub.

Bildirilib ki, hadisədə səhlənkarlığa yol vermiş şəxslər barəsində həbs-qətimkan tədbiri seçilməyib, istintaq davam edir.