Vaşinqtonda Azərbaycan-Ermənistan GÖRÜŞÜ – Rusiya kənarda qalır?backend

Vaşinqtonda Azərbaycan-Ermənistan GÖRÜŞÜ – Rusiya kənarda qalır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deyilənə görə, Azərbaycan və Ermənistan rəhbərləri Amerikada görüşəcək! Rusiyasız bir masa olacaq! Konfliktin sahibi Rusiya, amma sülh “göyərçin”i Amerika. Məqsəd nədir?
Tramp üçün niyə önəm daşısın ki lokal bir məsələ?

Bunu, Azərbaycan və Ermənistan rəhbərləri İlham Əliyev və Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla gözlənilən 3-tərəıfli görüşü və bu görüşdən gözləntilər barədə İnterpress.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev deyib.

O bildirib ki, hal-hazırda Amerika müharibələri, konfliktləri yatıracaq tək qüvvədir.

“Deyilənə görə, Azərbaycan və Ermənistan rəhbərləri Amerikada görüşəcək! Rusiyasız bir masa olacaq! Konfliktin sahibi Rusiya, amma sülh “göyərçin”i Amerika. Məqsəd nədir?
Tramp üçün niyə önəm daşısın ki lokal bir məsələ?

Amerika üçün sülh heç önəmli deyil! Buna əminəm! Amerikada hər prezidentin bir görəvi olur. Trampı sülh adamı kimi qələmə verməyə çalışırlar. Yəni dünya baxsın ki Amerika müharibələri, konfliktləri yatıracaq tək qüvvədir. Rusiya ilə Ukrayna arasındakı konflikt də bitəcək! Bəlkə, bunlardan sonra Trampa Nobel də verdilər”, – siyasi ekspert bildirib.

E.Vəliyev daha sonra qeyd edib ki, Rusiyasız keçiriləcək bu görüş Putini qane etmir və Qafqazın asanlıqla əldən çıxmasına göz yummayacaq.

“Rusiyasız bir masada kim qazanacaq?

Amerika dəhlizə nəzarəti və NATO qüvvələrinin yerləşməsini deyəcək. Bəs tərəflər qəbul etsə, Rusiya daxili oyanış, çevriliş, hakimiyyət dəyişikliyi kimi variantlara əl atarmı?
Məncə, tərəflər bunun fərqindədir!

Bu o vaxt ola bilər ki, Tramp desin ki, Rusiyada Putin gedəcək, bizə loyal şəxs gələcək və o zaman siz yenə də hakimiyyətdə qalacaqsınız!

Trampla görüşdən sonra ehtimal edirəm ki, Putinlə də görüş olacaq! Qafqazın asanlıqla əldən çıxmasına mümkün deyil göz yumsun.

Ermənistan və Azərbaycan üçün ortaq üçüncü dövlət optimalı Türkiyədir. Bəlkə, buna razı oldular”, – konfliktoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az