Vaşinqtonda GİZLİ PLAN: Venesuela liderinə qarşı MÜMKÜN ƏMƏLİYYATbackend

Vaşinqtonda GİZLİ PLAN: Venesuela liderinə qarşı MÜMKÜN ƏMƏLİYYAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp administrasiyası Maduronun tutulması və ya zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatı müzakirə edir.

İnterpress.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

ABŞ-nin Tramp administrasiyası Venesuela prezidenti Nikolas Maduronu ya ələ keçirmək, ya da fiziki olaraq zərərsizləşdirmək məqsədi ilə xüsusi əməliyyat ssenarilərini nəzərdən keçirir.

Mənbələrin sözlərinə görə, məsələ son həftələrdə Vaşinqton daxilində qapalı müzakirələrin mövzusu olub.

Jurnalistlərin yazdığına görə, bu müzakirələr Maduronun ABŞ-yə iki-üç illik keçid dövrü ilə istefa planı təklif etməsindən sonra daha da intensivləşib.

Ağ Ev isə həmin təklifi rədd edərək onun dərhal hakimiyyəti tərk etməsini tələb etmişdi.

Hazırda hansı əməliyyat variantının üstünlük təşkil etdiyi açıqlanmır. Lakin analitiklər xəbərdarlıq edir ki, belə addımlar regionda ciddi gərginliyə və genişmiqyaslı siyasi böhrana səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az