Venesuela prezidenti 8 ildən sonra Braziliyaya səfər edibbackend

Venesuela prezidenti 8 ildən sonra Braziliyaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Nikolas Maduro Braziliyanın ev sahibliyi edəcəyi Cənubi Amerika Millətləri Birliyinin (UNASUR) sammitində iştirak etmək üçün Braziliyaya səfər edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın dəvəti ilə 8 ildən sonra ölkəyə gələn Maduro Prezident sarayında Planaltoda həmkarı tərəfindən qarşılanıb.

İki lider təkbətək və nümayəndə heyətləri arasında baş tutan görüşdən sonra keçirilən mətbuat konfransında qiymətləndirmələr aparıblar.

Braziliyada olmaqdan məmnunluğunu ifadə edən Maduro sağçı ideologiyalar tərəfindən ölkəsinə ekstremist bir modelin tətbiq edildiyini və Braziliyada bütün qapıların hökumətlərinə bağlı olduğunu bildirib.

Maduro ölkəsinin qapılarının braziliyalı iş adamlarına və şirkətlərinə açıq olduğunu bildirib. Ümidlə söyləyib ki, Braziliya ilə Venesuela arasındakı qapıları bir daha kimsə bağlamayacaq.

Latın Amerikası birliyinin əhəmiyyətinə işarə edən Maduro deyib: “Cənubi Amerika xalqları əsrlər boyu inkar edildi, buna görə də Latın Amerikası birliyinin tək xalq olaraq hökm sürdüyü yeni qlobal geosiyasi sistem üçün çalışırıq. Venesuela Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın formalaşdırdığı BRİKS qrupuna daxil olmasının tərəfdarıdır. Lula, “Bunu tezliklə müzakirə edəcəyik və müxtəlif inteqrasiya istəklərini dəyərləndirməliyik”.