İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın bəyanatına sərt reaksiya verib.
İnterpress.az xəbər verir ki, bu barədə Xamenei “X” sosial platformasında paylaşım edərək Trampın iddialarını ələ salıb.
Tramp əvvəlki çıxışında ABŞ-nin “İranın nüvə sənayesini bombalayaraq məhv etdiyini” iddia etmişdi.
“ABŞ prezidenti lovğalıqla deyir ki, guya ‘İranın nüvə sənayesini bombalayıb məhv ediblər’.
Yaxşı, arzularınıza davam edin!”, – İran lideri yazıb.
Paylaşım qısa müddətdə region mediasında geniş rezonans doğurub.
Analitiklər bu mesajı Tehranın Vaşinqtonun son bəyanatlarına açıq şəkildə meydan oxuması kimi dəyərləndirirlər.

Xuraman Etibarlı
İnterpress.az






