Xankəndi-Laçın yolunda aksiya axşam saatlarında da davam edirbackend

Xankəndi-Laçın yolunda aksiya axşam saatlarında da davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası axşam saatlarında da davam edir.

İnterpress.az xəbər verir ki, ötən ilin dekabrın 12-si səhər saatlarından başlayan aksiya hazırda davam etdirilir.

Fasiləsiz davam edən dinc aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri əleyhinə şüarlar səsləndirirlər.

Bundan əlavə, aksiyada ermənilərin müharibə cinayətlərinə etiraz əlaməti olaraq “Mina terroruna son!” şüarları səsləndirilir.

Etirazçılar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirirlər.

Aksiya iştirakçıları yolda hərəkətə maneə törətmirlər və yol humanitar məqsədlər üçün tam açıqdır.