Misirin Sudandakı səfirliyində çalışan diplomatı öldürülüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamada öldürülən diplomatın İhartum səfirliyində inzibati attaşenin müavini olduğu bildirilib.
Açıqlamada İnzibati Attaşenin müavini Məhəmməd əl-Qərravinin ölkədəki misirlilərin təxliyəsi üçün evindən səfirlik binasına gedərkən öldürüldüyü bildirilib və başsağlığı verilib.
Diplomatın polisin açdığı atəş nəticəsində öldüyü qeyd edilib.