Xavi xal sayında Qvardiolanı geridə qoyubbackend

Xavi xal sayında Qvardiolanı geridə qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xavi Ernandes sabiq məşqçisi Pep Qvardiolanın göstəricisini yaxşılaşdırıb.

43 yaşlı mütəxəssis kataloniyalıların sükanı arxasında La Liqada keçirdiyi ilk 50 oyundakı xal sayına görə buna nail olub.

Komanda onun rəhbərliyi altında bu müddətdə ümumilikdə 118 xal toplayıb. Xavi bu göstərici sayəsində ilk 50 görüşündə 117 xal toplamış Qvardiolanı geridə qoyub. Bu baxımdan rekordçu 127 xalla Luis Enrikedir.

Qeyd edək ki, “Barselona” La Liqada 24 turdan sonra 62 xalla turnir cədvəlinə başçılıq edir.