Rusiyalı kişinin sidik kisəsindən 1 kiloqramlıq daş çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli tibb müəssisəsi məlumat yayıb.
Saratov vilayətinin Balakovo şəhərində həkimlər 65 yaşlı xəstənin sidik kisəsindən çəki baxımından rekord sayılan — 1 kiloqramlıq daş çıxarıblar.
Əməliyyatı aparan cərrah bildirib ki, belə böyük ölçüdə sidik kisəsi daşı o, 30 illik peşə fəaliyyətində ilk dəfə görür.
Xəstə ağır vəziyyətdə xəstəxanaya gətirilib və hazırda reanimasiya şöbəsində müalicə alır.
Həkimlər bildirir ki, daşın bu qədər böyüməsi uzun müddət müalicə olunmayan sidik yolları problemləri və xroniki iltihabla bağlı ola bilər.

Xuraman Etibarlı
İnterpress.az






