Xilasedici ödəniş gecikdiyi üçün çayda boğulan məmuru XİLAS ETMƏDİbackend

Xilasedici ödəniş gecikdiyi üçün çayda boğulan məmuru XİLAS ETMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanlı məmur çayda boğulub.

interpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Dalğıc xilasetmə üçün onlayn köçürmə. gözləyərkən, hindistanlı məmur çayda boğulub.

Məmur bir qrup insanla Qanq çayı yaxınlığında gəzirmiş, lakin qəfildən sürüşərək suya düşərək boğulmağa başlayıb.

Dostlar növbətçi xilasediciyə müraciət ediblər, lakin o, xidmətinin ödənişli olduğunu deyib – 10 min rupi (təxm. 205 man.).

Heç kimin nağd pulu olmadığı üçün köçürmə yolu ilə pul göndəriblər, lakin xilasedici pul balansa düşənə qədər işi görməkdən imtina edib.

O, vəsaitin gəlməsini gözləyərkən hindli suyun altında itib və boğulub. Cəsəd hələ də tapılmayıb.

Xuraman Etibarlı

İnterpress.az