Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ərazisindən çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Qadın isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, qarın divarının kontuziyası diaqnozları təyin edilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra pasiyent cərrahi əməliyyata alınıb.
***
16:01
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.
İnterpress.az xəbər verir ki, ər və arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.
Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.”Report”






