“Narendra Modi istefa versin”: Hindistanda gənclər AYAĞA QALXDI —  FOTOLARbackend

“Narendra Modi istefa versin”: Hindistanda gənclər AYAĞA QALXDI — FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda gənclərin etirazları Narendra Modi hökumətinin siyasətinə qarşı genişmiqyaslı aksiyalara çevrilir.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hindistanda imtahan suallarının müntəzəm olaraq sızdırılması, korrupsiya qalmaqalları və gənclər arasında işsizliyin yüksək səviyyədə olması ilə başlayan etiraz hərəkatı daha da güclənir.

Lakin artıq bu daxili narazılıq təhsil sistemindəki mövcud problemlərin hüdudlarını aşaraq, birbaşa Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hökumətin siyasətinə qarşı genişmiqyaslı aksiyaya çevrilməkdədir.

Bir çox gənc hindistanlı dövlət vəzifələrinə işə qəbul imtahanlarına və müsabiqələrə illərlə hazırlaşır.

Onların ailələri övladlarının yaxşı təhsil alması və gələcəyini təmin etməsi üçün böyük məbləğlərdə vəsait xərcləyirlər. İmtahan sızmaları və fırıldaqlar isə gənclərin gələcək ümidlərini tamamilə qırır.

Mütəxəssislər gənclərin bu kütləvi və haqlı narazılığının gələcəkdə ölkədə ciddi siyasi böhrana yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.

Etirazçıların hökumətdən kəskin kadr islahatları, şəffaf idarəetmə və yeni iş yerlərinin yaradılmasını tələb etdikləri bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz