Ərdoğana sui-qəsddə şübhəli bilinən FETÖ-çünün köməkçisi SAXLANILDIbackend

Ərdoğana sui-qəsddə şübhəli bilinən FETÖ-çünün köməkçisi SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Ərdoğana sui-qəsd cəhdində ittiham olunan FETÖ üzvünün şəriki yaxalanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin Muğla vilayətində ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinə görə daha əvvəl həbs edilmiş FETÖ terror təşkilatının üzvü Burkay Karatepe ilə əlaqədə şübhəli bilinən Özkan Atlı saxlanılıb.

İstintaqın məlumatına görə, Atlı öz şəxsi SİM-kartını Karatepeyə təqdim edib və onun zəlzələdən zərərçəkmiş vətəndaşlar üçün nəzərdə tutulmuş müvəqqəti sığınacaq evlərində gizlənməsinə birbaşa köməklik göstərib.

Saxlanılan şübhəli şəxs ifadə vermək üçün artıq məhkəməyə gətirilib.

Faktla bağlı terror təşkilatına rəsmən yardım etmə və dövlət başçısına sui-qəsd cəhdində iştirak maddələri ilə istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.аz