Qonşunun evindən oğurladığı qızılları çimərlikdə paylayan 15 yaşlı oğlan SAXLANILDIbackend

Qonşunun evindən oğurladığı qızılları çimərlikdə paylayan 15 yaşlı oğlan SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda qonşusunun evindən 380 min rublluq qızıl oğurlayan yeniyetmə onları çimərlikdəki qızlara paylayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Dağıstanda qeyri-adi və maraqlı oğurluq hadisəsi qeydə alınıb. 15 yaşlı oğlan qonşularının mənzilinə gizlicə daxil olaraq oradan ümumi dəyəri 380 min rubl (təxminən 8150 manat) olan qızıl üzüklər, sırğalar və asma bəzək əşyaları oğurlayıb.

Lakin o, qızılları əldə etdikdən sonra satmaq üçün lombarda deyil, birbaşa yerli çimərliyə yollanıb.

Özünəməxsus “romantizm” nümayiş etdirən yeniyetmə oğurladığı bütün bahalı zinət əşyalarını çimərlikdə dincələn yerli gözəl qızlara rəsmən hədiyyə edərək paylayıb.

Hadisə barədə zərərçəkən qonşuların polisə şikayətindən sonra araşdırma başlanılıb.

Keçirilən operativ əməliyyat nəticəsində 15 yaşlı oğlan asayiş keşikçiləri tərəfindən saxlanılıb.

Hazırda oğurlanmış qızıl-zinət əşyalarının geri toplanması və faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.аz