Autizmli uşaqları imalə ilə “sağaldan” mərkəzin rəhbəri QAÇDI – FOTObackend

Autizmli uşaqları imalə ilə “sağaldan” mərkəzin rəhbəri QAÇDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada autizmli uşaqları imalə ilə “müalicə edən” klinikanın rəhbəri qaçıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyada autizm xəstəliyindən əziyyət çəkən azyaşlı uşaqları qeyri-ənənəvi olaraq imalə ilə “müalicə edən” səs-küylü “Planeta Med” klinikasının rəhbəri Vasili Generalov barəsində cinayət işi açıldıqdan sonra yoxa çıxıb.

Məlumata görə, Sinqapurdan qayıtdıqdan sonra bir müddət Krasnoyarskda gizlənən Generalov rəsmi axtarışa verildiyini bildikdən dərhal sonra qaçıb və hazırda onun ölkə ərazisində harada olduğu müəyyən deyil.

Faktla bağlı sağlamlığa ağır zərər vurma və dələduzluq maddələri ilə cinayət işi başlanılıb.

Müvafiq “müalicə” seanslarından sonra uşaqlarının ümumi vəziyyətinin kəskin pisləşdiyini bildirən 100-dən çox sarsılmış ailə rəsmi olaraq hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ünvanlayıb.

Hazırda cinayət işinin istintaqını Rusiya İstintaq Komitəsinin mərkəzi aparatı birbaşa nəzarətdə saxlayır.

Qeyd edək ki, qaçışından əvvəl Generalov öz pasiyentlərinə onun klinikası haqqında mətbuatda yayılan mənfi məlumatların “pullu sifariş” olduğunu iddia etmişdi.

O, zərərçəkən uşaqların valideynlərinin tibb mərkəzini bağlamaq üçün rəsmən “Qərb təlimatları əsasında” hərəkət etdiklərini iddia edərək özünə bəraət qazandırmağa çalışıb.

Xuraman Etibarlı

İnterpress.аz